Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı bələdiyyə seçkiləri ilə əlqədar regionlarda seminarlara başladı.

Assosiasiyanın ilk seminarları Şirvan və Sabirabad rayonlarında keçirildi. Seminarlarda ətraf rayonlardan olan müşahidəçilər də iştirak edib. Hər iki tədbirdə t.ü.e.d.,professor Məhərrəm Zülfüqarlının rəhbərliyi ilə ekspertlər məruzələrlə çıxışlar ediblər. Məruzələrdə Azərbaycanda 23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ərəfəsi mövcud ictimai-siyasi vəziyyət, bələdiyyə institutunun keçdiyi tarixi yol, bələdiyyələrin cəmiyyətdəki hazırkı durumu, bələdiyyələrin qanunvericilik bazası, yerli özünüidarə haqqında beynəlxalq təcrübə və digər məsələlər haqqında tədbir iştirakçılarına məlumat verilib. Məruzəçilər həmçinin müşahidəçilərin hüquq və vəzifələri, seçki günü onların görəcəyi işlər barədə də tədbir iştirakçılarını məlumatlandırıb. Tədbirin sonunda seminar iştirakçılarının müxtəlif suallarına cavab verilmiş, regionda bələdiyyələrin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılmışdır.
AVCİYA Seçki Qərargahı
















Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb










