Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclası başlayıb.
APA-nın xəbərinə görə, iclas Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerinin sədrliyi ilə keçirilir.
Qeyd edək ki, iclasda tərəflər “Şərq Tərəfdaşlığı” və “Avropa Qonşuluq Siyasəti” çərçivəsində mövcud münasibətlərin vəziyyətini, Avropa İttifaqı-Azərbaycan ikitərəfli sazişi üzrə aparılan danışıqlar, iqtisadi və ticarət əməkdaşlığı, Azərbaycanda iqtisadi islahatlar, demokratiya, qanunun aliliyi və insan hüquqları kimi siyasi məsələləri kimi məsələlər ətrafında müzakirələr aparacaq.
İclasın gündəliyində qeyd olunub ki, Əməkdaşlıq Şurasının üzvləri “Cənub Qaz Dəhlizi”nə dair məsələlər daxil olmaqla, enerji əməkdaşlığı məsələsini müzakirə edəcəklər.
İclasda mülki aviasiya razılaşmasına dair danışıqlar da nəzərdə tutulub.
Bundan başqa, E. Məmmədyarov və F. Mogerini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bir sıra digər regional məsələlərə toxunacaqlar.
https://apa.az/xarici_siyaset/avropa-ittifaqi-azerbaycan-emekdasliq-surasinin-15-ci-iclasi-baslayib-4841.html

















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










