Ölkədə fəaliyyət göstərən hökumət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın qurulması Azərbaycan İlahiyyat İnstitutunun qarşısına qoyduğu prioritet istiqamətlərindəndir. Bu məqsədlə İnstitut Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (aliyevheritage.org) ilə birgə ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunan layihənin icrasına başlayıb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının “1905.az” internet portalının bazasında reallaşdırılacaq. Bununla bağlı “Heydər Əliyev və multikultural dəyərlər”, “Heydər Əliyev və dövlət-din münasibətləri”, “Heydər Əliyev və milli mənəvi dəyərlərin qorunması”, “Dini radikalizmin səbəbləri və doğurduğu nəticələr”, “Milli kimliyimizin formalaşmasında dini dəyərlərin rolu”, “Tolerantlığın Azərbaycan modeli” və s. mövzularda silsilə diskussiyaların aparılması planlaşdırılıb. Diskusiyalarda ölkəmizin tanınmış ilahiyyatçılarının, fəlsəfəçilərinin və jurnalistlərinin iştirakı nəzərdə tutulub. İlk diskussiya sentyabrın 5-də “Azərbaycanda dini təhsil: reallıqlar və perspektivlər” mövzusunda keçiriləcək.
Diskussiya Heydər Əliyev İrsini Araşdırma Mərkəzində təşkil ediləcək.
Layihə başa çatdıqdan sonra diskussiyaların stenoqramı əsasında kitabın nəşri planlaşdırılır.

















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










