
Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili “Paris-2024” Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.
AZƏRTAC xəbər verir ki, 125 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı polşalı Robert Baranla üz-üzə gəlib.
Rəqibini 9:3 hesabı ilə məğlub edən idmançımız Olimpiya üçüncüsü olub.
Qeyd edək ki, bununla da Azərbaycanın Paris Olimpiadasında qazandığı medalların sayı altıya çatıb. Daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) isə bürünc medala sahib çıxıblar.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










