Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorliki (ABŞ), İqor Popovu (Rusiya), Pyer Andryönü (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqların hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.
AZƏRTAC, 23 iyul 2015