Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyin dəvəti ilə bu ölkəyə səfəri başlayıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 26-da Prezident İlham Əliyev Londonda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.
Görüşdə “Şahdəniz” layihəsi üzrə görülən işlər, həmçinin bu ilin iyununda TANAP layihəsinin açılışı ilə bağlı fikir mübadiləsi aparıldı. “Şəfəq-Asiman” strukturu üzrə imzalanmış hasilatın pay bölgüsü sazişi əsasında görülən işlərin intensivləşdirilməsinin əhəmiyyəti qeyd edildi.
Söhbət zamanı Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir davam edən əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə olundu.

















Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb
“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər











