
Azərbaycan Respublikasında koronavirus infeksiyasından 2168 nəfər müalicə olunaraq sağalıb, 1676 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 311 min 465 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 276 min 934 nəfər müalicə olunaraq sağalıb, 4342 nəfər vəfat edib. Aktiv xəstə sayı 30189 nəfərdir.
Ötən müddət ərzində 3 milyon 178 min 44 test aparılıb. Bugünkü test sayı isə 13070-dir.
















Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb










