Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin rəhbərlik etdikləri nümayəndə heyətləri iyulun 29-da Füzuli şəhərində olublar.
Nümayəndə heyətlərinin üzvlərinə Füzuli rayonunda erməni vandallarının törətdiyi dağıntılar, həmçinin dövlətimiz tərəfindən aparılan tikinti-quruculuq işləri barədə məlumat verilib.
AZƏRTAC xəbər verir ki, qonaqlar erməni vandalları tərəfindən dağıdılan Füzuli Mədəniyyət Evi-Dram Teatrının, Arxiv İdarəsinin binalarına baxış keçirdikdən sonra Füzuli Beynəlxalq Hava Limanı, həmçinin “Füzuli” yarımstansiyası ilə tanış olublar.
Qeyd edək ki, Füzuli rayonu Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il avqustun 23-də işğal edilib. 1994-cü ildə uğurlu Horadiz əməliyyatı zamanı rayonun bir hissəsi işğaldan azad edilib. Rayon 2020-ci il oktyabrın 17-də 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuz tərəfindən işğaldan tamamilə azad olunub.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









