Diasporla İş üzrə Dövlət Komitəsinin sədri (DİDK) Fuad Muradov Bakıda səfərdə olan Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) rəisi Abdullah Erenlə görüşüb.
Komitədən AZƏRTAC-a bildirilib ki, görüşdə F.Muradov diaspor təşkilatlarının fəaliyyəti barədə məlumat verib, iki qardaş ölkənin diasporlarının birgə fəaliyyətinin əhəmiyyətindən danışıb.
DİDK ilə YTB arasında əməkdaşlıq, ortaq layihələr və birgə fəaliyyətin perspektivləri geniş müzakirə olunub.
A.Eren birgə layihələrin həyata keçirilməsi, şəhid övladlarının xaricdə təhsilinə maddi dəstəyin göstərilməsi və digər vacib məqamlara diqqət çəkib.
Şuşa Bəyannaməsinin tələblərinə uyğun olaraq Türkiyə və Azərbaycan diasporlarının birgə fəaliyyət istiqamətləri, türk dövlətləri diasporlarının birgə forumlarının keçirilməsi barədə ətraflı fikir mübadiləsi aparılıb.
YTB-nin xaricdə yaşayan azərbaycanlı gənclərin Türkiyədə təhsilə cəlb olunması və onların təhsil haqlarının ödənilməsini öz üzərinə götürə biləcəyi də diqqətə çatdırılıb.
















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









