Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar arasında növbəti dəfə telefon danışığı olub.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, general-polkovnik Z.Həsənov həmkarını Azərbaycan-Ermənistan dövlət sərhədində mövcud əməliyyat şəraiti barədə ətraflı məlumatlandırıb və Ermənistan silahlı qüvvələrinin bütün təxribatlarının qarşısının qətiyyətlə alındığını qeyd edib.
H.Akar öz növbəsində Türkiyə Silahlı Qüvvələrinin daim Azərbaycan Ordusuna mənəvi dəstək olduğunu vurğulayıb.
Telefon danışığı zamanı Azərbaycan-Ermənistan dövlət sərhədində yaranmış vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
















Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
Xocavənddə taxıl sahələri 8773 hektar artıb











