
Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelərin dekabrın 10-da Zəngilan rayonuna səfəri başlayıb.
AZƏRTAC xəbər verir ki, səfər proqramında, iqamətgahı Bakıda və Ankarada yerləşən 70-ə yaxın səfirlik və 10-dan çox beynəlxalq təşkilatın nümayəndələri – səfirlər, rəhbər şəxslər və digər diplomatlar, hərbi attaşelər, həmçinin Türkiyənin müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edirlər. Ümumilikdə 150-yə yaxın iştirakçını Bakı və Ankara şəhərlərindən daşıyan təyyarələr Zəngilan Beynəlxalq Hava Limanına eniş edib.
Diplomatlar, xarici ölkələrin səfirləri, hərbi attaşeləri və beynəlxalq təşkilatların təmsilçiləri əvvəlcə Zəngilan Beynəlxalq Hava Limanı ilə tanış olublar. Azərbaycan Respublikasına viza tələb olunan diplomatlara bu hava limanında ilk dəfə “ASAN Viza” sistemi vasitəsilə elektron viza rəsmiləşdirilib.
Diplomatik korpusun nümayəndələri səfər çərçivəsində Zəngilan və Qubadlı şəhərlərində bərpa və yenidənqurma işləri ilə tanış olacaq, həyata keçiriləcək layihələr barədə məlumat əldə edəcəklər.
















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









