
Azərbaycan Respublikasında koronavirus infeksiyasından 892 nəfər müalicə olunaraq sağalıb, 371 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 327 min 87 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 307 min 11 nəfər müalicə olunaraq sağalıb, 4698 nəfər vəfat edib. Aktiv xəstə sayı 15378 nəfərdir.
Ötən müddət ərzində 3 milyon 337 min 931 test aparılıb. Bugünkü test sayı isə 6946-dür.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









