Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın martın 12-də Yelisey sarayında Fransanın birinci xanımı Brijit Makron ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmnunluq ifadə edildi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Parisə səfərinin əlaqələrin inkişafına mühüm töhfə verəcəyi bildirildi. Söhbət zamanı ailə-qadın, gender bərabərliyi, təhsil, ətraf mühitin qorunması və digər məsələlərlə bağlı müzakirələr aparıldı, Bakıda Fransız Liseyinin fəaliyyətinin məmnunluq doğurduğu qeyd olundu, Şərqdə hüquq elminin ilk dəfə Azərbaycanda tədris edildiyi bildirildi. Mehriban Əliyevanın rəhbərliyi ilə müxtəlif dövrlərdə Fransada keçirilən mədəniyyət tədbirlərinin əhəmiyyəti vurğulandı.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın birinci xanımı Brijit Makronu ölkəmizə səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










