
Türkiyədə keçirilən “Efes-2022” çoxmillətli hərbi təlimlər İzmir bölgəsində təşkil olunan “Yüksək səviyyəli müşahidəçi günü”nə aid iyunun 8-də və 9-da təşkil olunan mərhələlərlə başa çatıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin rəhbərlik etdikləri nümayəndə heyətinin də izlədiyi təlimlərin iyunun 9-da keçirilən sonuncu mərhələsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı və çıxışı ilə yekunlaşıb.
Bağlanış mərasimində əvvəlcə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyənin ən böyük hərbi təlimlərindən olan “Efes-2022”nin məqsəd və hədəfləri barədə müfəssəl məlumat verib.
Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nitq söyləyib.
Türkiyə Silahlı Qüvvələrinin “Mehtaran” qrupunun çıxışından sonra türk ulduzları nümunəvi uçuşlar həyata keçiriblər.
Həmçinin paraşütçülər təlimlərdə iştirak edən ölkələrin dövlət bayraqlarını havada nümayiş etdiriblər.
“Efes-2022” təlimlərinin mətbuat mərkəzindən verilən məlumata görə bir ay davam edən təlimlərdə bütün tapşırıqlar qüsursuz yerinə yetirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İzmir
















Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb










