
Aprelin 24-30-da keçirilən “TEKNOFEST-2023” festivalı çərçivəsində Türkiyənin Bursa şəhərlərində təşkil edilən Beynəlxalq “Pilotsuz Uçuş Aparatları” (PUA) müsabiqəsində əksəriyyəti azərbaycanlı tələbələrdən ibarət olan “DroneX” komandası Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını verdikləri dronla yarışın qızıl medalına və kubokuna layiq görülüb.
AZƏRTAC xəbər verir ki, İstanbul Yıldız Texniki Universitetinin Elektronika və kommunikasiya fakültəsinin tələbələrindən ibarət olan “DroneX” komandası 100-dən çox komandanın rəqabət apardığı final mərhələsində yüksək nəticə göstərərək ümumi hesabda qızıl medala layiq görülüb.
Komandanın kapitanı, Yıldız Texniki Universitetinin Elektronika və kommunikasiya fakültəsinin sonuncu kurs tələbəsi Davud Süleymanov çox böyük əmək nəticəsində əldə etdikləri bu mükafatı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun və bütün şəhidlərimizin əziz xatirəsinə həsr etdiklərini bildirib.
Qalib komandanın mükafatı bu gün təqdim olunacaq.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










