
Azərbaycan əsgərləri Qarabağın incisi Şuşanın Cıdır düzündə yallı gediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə video sosial şəbəkələrdə yayılıb.
Xatırladaq ki, əsgərlərimizin rəqs etdiyi yerdə vaxtilə sərxoş Nikol Paşinyan yallı getmişdi. Prezident İlham Əliyev xalqa müraciətində bu barədə danışarkən demişdi: Ermənistanın baş naziri gedib Şuşada, Cıdır düzündə rəqs edir, hesab edir ki, biz bununla barışacağıq?! Səhv edir! Heç vaxt biz bununla barışmayacağıq… Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq!
Vətən savaşının başladığı ilk gündən cəsarətli, prinsipal və ardıcıl mövqeyini ortaya qoyan Müzəffər Ali Baş Komandan İlham Əliyev “Şuşasız bizim işimiz yarımçıq qalar” söyləmişdi və verdiyi bütün vədlər kimi, bu vədini də ən qısa müddətdə yerinə yetirdi. Şanlı Azərbaycan Ordusunun işi yarımçıq qalmadı, şəhidlərimizin qanı ilə boyanan müqəddəs bayrağımız noyabrın 8-də Şuşa qalasına sancıldı. Azərbaycan Ordusu bununla bir daha sübut etdi ki, bu torpaqların əsl sahibləri azərbaycanlılardır!
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










