
“Beynəlxalq Ordu Oyunları – 2020” çərçivəsində Moskvada “Sərhədsiz dostluq” festivalı keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, festivalda Azərbaycanı Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı təmsil edir.
Festivalda hərbçilər təmsil olunduqları ölkənin və dünya xalqlarının mahnı və marşlarını, rəqslərini ifa edirlər. Hərbçilərimizin ifasında təqdim edilən milli hərbi marşlar, o cümlədən Azərbaycan xalq çalğı alətlərinin sədaları altında milli geyimlərdə rəqslər yerli və xarici tamaşaçıların rəğbətini qazanıblar.
Eyni zamanda, festival çərçivəsində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. Bu tədbirdə xalqımızın qədim köklərə bağlı mədəniyyəti, folkloru, tarixi özündə əks etdirən müxtəlif stendlər, eksponatlar, suvenirlər, xalçalar, kitablar, Azərbaycanda istehsal edilən ərzaq və digər məhsullar təqdim olunacaq. 50-dək ölkədən mindən artıq musiqiçi, vokalist və rəqqasın qatıldığı festival sentyabrın 5-dək davam edəcək.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










