
Azərbaycan və Çex respublikalarının Müdafiə nazirlikləri nümayəndələrinin iştirakı ilə “İkitərəfli hərbi əməkdaşlıq danışıqları” keçirilib.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Eyni zamanda, qarşılıqlı maraq doğuran mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb və müxtəlif sahələr üzrə brifinqlər təqdim edilib. Danışıqların yekununda tərəflər arasında 2026-cı il üçün “İkitərəfli hərbi əməkdaşlıq planı” imzalanıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










