Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, xüsusi təyinatlı təhsil müəssisələrinin hərbi qulluqçuları arasında hərbi beşnövçülük üzrə birincilik keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, birincilikdə qoşun (qüvvə) növləri, xüsusi təyinatlı təhsil müəssisələrini təmsil edən idmançılar fərdi və komanda birinciliyi uğrunda 11 yığma komanda tərkibində mübarizə aparıblar.
İştirakçılar 8 kilometr məsafəyə qaçış, maneələr zolağının dəf edilməsi, 200 metr məsafəyə avtomatdan atış, qumbaraatma və maneələrlə üzgüçülük növləri üzrə yarışlarda güclərini sınayıblar.
Gərgin mübarizə şəraitində keçən yarışların nəticələrinə əsasən, “Xüsusi Təyinatlı Qüvvələr”, “Hərbi Hava Qüvvələri” və “Hərbi Dəniz Qüvvələri” komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar.
Yarışın yekununda qaliblər diplom, kubok və medallarla mükafatlandırılıblar.
Qeyd edək ki, birinciliyin məqsədi hərbi qulluqçuların fiziki və psixoloji dözümlülüyünün yoxlanılması, eləcə də güclü komandaların müəyyən edilməsidir.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










