Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mirzoev Elmar Elçin oğlu odlu silahdan açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat edib.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, faktla əlaqədar araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir!