
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Nepalın Prezidenti Ramçandra Paudel ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Nepal Prezidenti qonaqpərvərliyə görə minnətdarlığını bildirdi.
COP29-un yüksək səviyyədə keçirildiyini deyən Ramçandra Paudel ölkəmizə səfəri zamanı Azərbaycan mədəniyyəti ilə tanış olduğunu məmnunluqla qeyd etdi. O, ümidvar olduğunu bildirdi ki, COP29 Nepal kimi inkişaf etməkdə olan ölkələrin maraqlarını nəzərə alacaqdır.
Azərbaycan ilə Nepal arasında dostluq münasibətlərinin mövcud olduğunu vurğulayan ali qonaq beynəlxalq təşkilatlarda, həmçinin iqlim dəyişmələri və davamlı inkişaf məsələlərində əməkdaşlığımıza toxundu.
Nepal Prezidenti Azərbaycanda şahidi olduğu inkişafın onda dərin təəssürat hissi yaratdığını dedi. O, ölkəsinin uzun keçid prosesindən sonra davamlı inkişaf mərhələsinə qədəm qoyduğunu bildirərək xarici sərmayədarları dəvət etmək istədiklərini vurğuladı, turizm və hidroenergetika sahələrinin önəminə toxundu.
Ramçandra Paudel bildirdi ki, Nepalın karbon emissiyası az olsa da, onlar iqlim dəyişmələrinin mənfi fəsadları ilə üzləşirlər.
Azərbaycan və Nepal prezidentlərinin ilk görüşünün tarixi əhəmiyyətini qeyd edən dövlətimizin başçısı bu görüşün əlaqələrimizin inkişafına təkan verəcəyinə ümidvarlığını bildirdi.
Azərbaycan Prezidenti iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsinin önəminə toxundu.
Söhbət zamanı BMT və bir sıra digər beynəlxalq təşkilatlarda əməkdaşlıq və qarşılıqlı dəstək, Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr, həmçinin Azərbaycanın COP sədrliyi dövründə iqlim dəyişikliyi mövzusunda işbirliyi ilə bağlı fikir mübadiləsi aparıldı.
Nepal Prezidenti dövlətimizin başçısını ölkəsinə rəsmi səfərə dəvət etdi.
Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirdi.
Nepal Prezidenti dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.
















Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub











