
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.
Dövlət başçıları və digər səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların əməkdaşlığımızın daha da möhkəmlənməsi işinə töhfə verdiyi bildirildi.
Söhbət zamanı əlaqələrimizin bundan sonra da bütün istiqamətlərdə daha da möhkəmlənəcəyinə əminlik ifadə olundu, əməkdaşlığımızın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı fikir mübadiləsi aparıldı.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










