…Ermənistan-Azərbaycan münaqişəsinin başlanması, Ermənistanın Azərbaycana təcavüz etməsi ilə əlaqədar döyüşlər gedibdir, insanlarımız həlak olubdur, şəhid olubdur, qurbanlar vermişik. Təəssüf ki, hələ böyüməmiş, dünyanı görə bilməmiş uşaqlar da həlak olublar, bu faciənin qurbanları olublar. Uşaqlar 1990-cı il 20 yanvar faciəsinin də qurbanları olublar. Ermənilər tərəfindən Azərbaycan xalqına qarşı edilmiş Xocalı soyqırımında da uşaqlar həlak olublar, uşaqlar qurban gediblər. Bunlar hamısı bizi kədərləndirir, cəmiyyətimizin, həyatımızın yaralı yerləridir və bütün bu döyüşlər, münaqişə, Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində əhalimizin böyük bir qismi yerindənyurdundan didərgin düşmüşdür, onların əksəriyyəti çadırlarda yaşayır və bizim körpələr, uşaqlar, balalarımız artıq bir neçə ildir ki, çadırlarda yaşamaq məcburiyyətindədirlər. Onlar çadırda yaşayırlar, çadırda böyüyürlər, çadırda təhsil alırlar. Bizim həyatımızın bu cür narahatedici, sıxıntılı cəhətləri də vardır…
















Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub











