Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, nazirlər Yaxın Şərq regionunda müşahidə olunan hərbi eskalasiya və artan gərginliklə bağlı fikir mübadiləsi aparıblar.
Mövcud vəziyyətin regional və qlobal təhlükəsizliyə təsiri vurğulanaraq, humanitar hüquqa riayət edilməsinin, mülki əhalinin və obyektlərin qorunmasının, məsələlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında, dialoq və diplomatik vasitələrlə həllinin vacibliyi qeyd edilib. Pakistan tərəfi, eyni zamanda, Pakistan–Əfqanıstan sərhədində baş vermiş toqquşmalarla bağlı mövcud vəziyyət barədə məlumat verib.
Telefon danışığı zamanı, həmçinin Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və gələcək inkişaf perspektivləri də müzakirə edilib.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










