Rusiya və Azərbaycan prezidentləri arasında telefon danışığı olub. Bu barədə APA-nın Moskva müxbirinə Kremlin mətbuat xidmətindən məlumat verilib.Məlumatda bildirilib ki, Vladimir Putin və İlham Əliyev Rusiya-Azərbaycan əməkdaşlığının yüksək səviyyədə olduğunu qeyd ediblər və bu əməkdaşlığın daha da genişləndirilməsini tərəfdarı olduqlarını bildiriblər.
Hər iki lider gündəlikdə olan aktual məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə fikir mübadiləsi aparıblar. Rusiya tərəfi problemin sülh yolu ilə həll olunması üçün bütün mümkün yardımı göstərməyə hazır olduğunu deyib.
















Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub











