
Yaxın aylarda Azərbaycanda Kosmik Aparatların İnkişafı Mərkəzinin tikintisinə start veriləcək.
AZƏRTAC xəbər verir ki, bunu “Azərkosmos”un İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Dunay Bədirxanov “Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili” adlı tədbirdə çıxışı zamanı deyib.
Dunay Bədirxanov bildirib ki, Azərbaycan yaxın gələcəkdə peyklərin istehsalını həyata keçirməyi planlaşdırır.
“Artıq bu istiqamətdə ilk addımlar atılıb. “Tədqiqat və İnkişaf” komandamız son bir il yarım ərzində İsraildə “Azersky-2” layihəsi çərçivəsində peyk istehsalı üzrə intensiv təlimlər keçib. Peyk istehsalı zavodu və işçi heyəti üçün nəzərdə tutulan Kosmik Aparatların İnkişafı Mərkəzinin dizayn və layihələndirmə mərhələsi tamamlanıb. Mərkəzin tikiləcəyi yer artıq müəyyənləşdirilib və yaxın aylarda tikintiyə başlanılacaq. Yeni peykimizin daşıyıcı raketi kimi “SpaceX” şirkətini seçmişik”, – deyə Dunay Bədirxanov vurğulayıb.
Qurum rəhbərinin sözlərinə görə, “Azərkosmos” tarixində ilk dəfə törəmə müəssisə – “Spacecraft Development and Production” MMC yaradılıb: “Yeni MMC kosmik aparatların istehsalı ilə bağlı layihələrin daha səmərəli şəkildə həyata keçirilməsinə dəstək göstərəcək”.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










