
Çində səfərdə olan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Çin Dövlət Dəmir Yollarının İdarə Heyətinin sədri Liu Cenfan ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkənin dəmir yolları arasında əməkdaşlığın daha da genişləndirilməsi müzakirə edilib.
Həmçinin görüşdə cari ilin yanvar-avqust aylarında Azərbaycan və Çin arasında dəmiryolu ilə tranzit daşımaların həcminin ötən ilin analoji dövrü ilə müqayisədə 275 faiz artdığı qeyd olunub.
Liu Cenfan Çinin Orta Dəhlizin cənub marşrutunun inkişafında və Azərbaycan, Qazaxıstan, Gürcüstan dəmir yollarının birgə iştirakı ilə yaradılmış “Middle Corridor Multimodal” şirkətinin işinə qoşulmaqda maraqlı olduğunu bildirib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
















Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir










