
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) nümayəndə heyəti Malayziyada səfərdə olub.
AZƏRTAC xəbər verir ki, səfər Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı çərçivəsində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə Malayziyanın rabitə naziri Fahmi Fadzilin görüşündə əldə olunan razılıq əsasında təşkil edilib.
Səfərin məqsədi rəqəmsal transformasiya, informasiya-kommunikasiya texnologiyaları, kibertəhlükəsizlik, süni intellekt, 5G, data mərkəzləri və innovasiya sahələrində qarşılıqlı təcrübə mübadiləsinin aparılması, eləcə də, iki ölkə arasında sözügedən sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsinin təşviqi olub.
Səfər çərçivəsində nümayəndə heyəti Malayziyanın müvafiq dövlət qurumları, o cümlədən Elm, Texnologiya və İnnovasiya Nazirliyi, Rabitə Nazirliyi, Rəqəmsal Nazirliyi, Milli Kibertəhlükəsizlik Agentliyi, Rabitə və Multimedia Komissiyası, Milli Süni İntellekt İdarəsi, “Telekom Malaysia”, “Digital Nasional Berhad”, “Cybersecurity Malaysia”, Mikroelektron Sistemləri İnstitutu, Milli İnformasiya Yayımı Mərkəzi (NADI) və digər İKT təşkilatları ilə bir sıra görüşlər keçirib. Görüşlərdə rəqəmsal infrastrukturun inkişafı və tənzimləmə mexanizmləri, 5G-nin tətbiqi, innovasiya ekosistemi, süni intellekt həlləri, texnologiyaların kommersiyalaşdırılması, kibertəhlükəsizlik məsələləri sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Nümayəndə heyəti, həmçinin Malayziyanın İKT sahəsi üzrə ixtisaslaşmış aparıcı ştatları olan Perak və Penanqa səfər edib. Həmin ştatlarda Rəqəmsal Perak və Rəqəmsal Penanq korporasiyalarının, Malayziya İnvestisiya İnkişafı Agentliyinin Penanq nümayəndəliyinin rəsmiləri ilə görüşlər keçirilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala-Lumpur
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










