
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) ilə birlikdə məktəbli uşaqlara dəstək məqsədilə aksiya həyata keçirib.
AZƏRTAC “AzInTelecom”un yaydığı məlumata istinadla xəbər verir ki, “Məktəbə Qayıdış” adlanan aksiya Qarabağ İqtisadi Rayonunda, işğaldan azad edilmiş ərazilərdə baş tutub.
Aksiya çərçivəsində Füzuli və Xocavənd rayonlarının qəsəbə və kəndlərində məskunlaşmış 200 uşağa məktəbli çantası və digər ləvazimatlar hədiyyə edilib.
Sonda təşkilatçılar yeni tədris ilinin başlaması münasibətilə şagirdləri təbrik edərək dərslərində uğurlar arzulayıblar.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










