
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun fərdi və qrup hərəkətləri proqramı üzrə qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, çoxnövçülükdə Almaniyanı təmsil edən dünya çempionu Daria Varfolomeyev qızıl, bolqarıstanlı Elvira Krasnobaeva gümüş, digər dünya çempionu italiyalı Sofiya Raffaeli isə bürünc medal qazanıb.
Üç lent və iki topla qrup hərəkətlərində isə İspaniya komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, İtaliya komandası ikinci yeri tutub. Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət Azərbaycan komandası isə 69.050 xal toplayaraq bürünc mükafata sahib çıxıb.
Qaliblərə medalları gənclər və idman nazirinin müavini Mariana Vasilyeva və Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə təqdim ediblər.
Bununla da Dünya Kubokunun ikinci gününə yekun vurulub. Yarışda 41 ölkəni təmsil edən 129 idmançı iştirak edir. Turnirə aprelin 21-də yekun vurulacaq.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









