
Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan Müttəfiqlik Bəyannaməsini məmnuniyyətlə qarşıladığımı bildirmək istəyirəm. Şuşa Bəyannaməsi bütün türk dünyasında var olan həmrəyliyi gücləndirməyə xidmət edən bir çox məsələləri özündə əks etdirir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi (Türk Şurası) Bağdad Amreyev Şuşa Bəyannaməsi ilə bağlı bəyanatında bildirib.
İki türk dövləti arasında imzalanan bu sənədin bütün türk dünyası üçün çox təsiredici və xoşagələn olduğunu deyən Baş katib bildirib: “Bu baxımdan Şuşa Bəyannaməsi türk dövlətləri arasında əhatəli əməkdaşlığın ən üst səviyyələrə çatdırılması üçün nümunəvi sənəd olaraq tarixə keçəcək. Bəyannamədə əks olunan iqtisadiyyat, nəqliyyat, diaspor, mədəniyyət kimi bir çox mövzu Türk Şurası daxilində mövcud əməkdaşlıq sahələri ilə güclü paralellik nümayiş etdirir. Bəyannamə yalnız iki ölkə və bu ölkələrin xalqlarının deyil, bütün türk dünyasının mənafeyinə xidmət göstərəcək. Azərbaycan və Türkiyə liderləri Türk Şurası və digər türk əməkdaşlıq təşkilatları çərçivəsində hər cür əməkdaşlığı davam etdirmək əzmində olduqlarını bir daha nümayiş etdirdilər. Beləliklə, bəyannamə şura çərçivəsində həyata keçirilən çoxtərəfli əməkdaşlığın əsaslı olduğunun təsdiqi mahiyyətini daşıyır.
Son olaraq Şuşa Bəyannaməsi bölgədə sülh, sabitlik və firavanlıq üçün güclü bir çağırışdır. Bölgə ölkələrini bütün tərəflərin xeyrinə konkret layihələrlə cənubi Qafqazda yeni bir sülh və sabitlik bölgəsi yaratmağa dəvət edir. Azərbaycan və Türkiyənin müttəfiqlik münasibətlərini siyasi və hüquqi mexanizmlər vasitəsilə inkişaf etdirmək əzmi Türk Şurasına üzv və müşahidəçi dövlətlər arasında, eləcə də bölgədə hərtərəfli əməkdaşlıq prosesini daha da gücləndirəcəyinə əminəm”.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









