Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb.
AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışda 31 ölkədən ümumilikdə 194 idmançı medallar uğrunda mübarizə aparır. Onlardan 137-si böyüklər, 57-si isə gənclər kateqoriyasında çıxış edir.
Turnirdə Azərbaycanı 10 idmançı təmsil edir. Azadə Atakişiyeva və Ayla İsgəndərli gənclər, İlona Zeynalova, Şəms Müvəffəqi, Sofiya Məmmədova, Zəhra Cəfərova, İlahə Bahadırova, Alina Məmmədova, Fidan Qurbanlı və Kamilla Seyidzadə isə böyüklər kateqoriyasında qüvvələrini sınayırlar.
Bu gün, həmçinin kubokun rəsmi açılış mərasimi keçiriləcək.
Qeyd edək ki, Avropa Kuboku mayın 3-dək davam edəcək.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










