
Azərbaycanda yanvarın 10-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° şaxta, gündüz 0°-yə yaxın olacaq. Atmosfer təzyiqi normadan yüksək – 780 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək. Yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir qar yağacağı, duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 17-22°, gündüz 7-12° şaxta olacağı ehtimal edilir. Yollar buz bağlayacaq.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










