
Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədilə təşkil olunan festivala Bakıda yekun vurulub.
AZƏRTAC xəbər verir ki, WUF13 Festivalının axşam proqramı Dənizkənarı Bulvar ərazisində yerləşən Saat Qülləsi meydanında keçirilib.
Tədbirdə çıxış edən “WUF13 Azərbaycan” Əməliyyat Şirkətinin məzmun və media əlaqələri üzrə baş meneceri Eldar Rəsulov tədbir iştirakçılarına festivalın məqsədi, əhatə dairəsi və tədbir proqramı haqqında geniş məlumat verib.
İctimai proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb.
Tədbir konsert proqramı ilə davam edib.
Müxbir – Fidan Əlizadə
Fotoqraf – Nicat Haşımov
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










