Azərbaycan Şahmat Federasiyası (AŞF), Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə növbəti dəfə keçirilən “Baku Open-2024” beynəlxalq şahmat festivalı başa çatıb.
AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında reallaşan tədbir 9 gün davam edən turnirin icmalını əks etdirən videoçarxla başlayıb.
AŞF-in prezidenti Mahir Məmmədov bildirib ki, belə yarışlar bütün yaş kateqoriyasında mübarizə aparan şahmatçıların sayının artmasında böyük rol oynayır.
Daha sonra qaliblərin mükafatlandırılması mərasimi baş tutub.
Qaliblərə mükafatları federasiya rəhbəri Mahir Məmmədov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, gənclər və idman naziri Fərid Qayıbov təqdim ediblər.
Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyasının 100 illiyinə həsr olunan turnirdə Bolqarıstan, Gürcüstan, Hindistan, İran, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, Ukrayna, ABŞ, Özbəkistan şahmatçıları, eləcə də FIDE bayrağı altında yarışan iti zəka sahibləri iştirak ediblər.
















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









