Araz və Oxçuçayın Ermənistan Respublikası ilə həmsərhəd bölgədə çirkləndirilməsinə dair məlumatlar üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırma davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistanın iri mədən müəssisələri – Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatı tərəfindən transsərhəd Oxçuçayın intensiv şəkildə çirkləndirilməsi, Yerasx (Arazdəyən) kəndində iri metallurgiya zavodunun Azərbaycan tərəfi ilə məsləhətləşmələr aparılmadan tikilməsi, bu zaman ətraf mühitin mühafizəsi normalarının pozulması əlavə tədbirlərin görülməsini zəruri edib.
Bununla əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Avropa Şurasına müraciət ünvanlanıb.
Müraciətdə BMT-nin Transsərhəd Su Məcraları və Beynəlxalq Göllərin mühafizəsi və Espoo (Ətraf Mühitə təsirin ölçülməsi) konvensiyalarının, eləcə də ətraf mühitin mühafizəsinin tələblərinə dönmədən riayət edilməsi, dağ-mədən obyektlərinin işinin düzgün təşkili normalarına əməl olunması və ətraf mühitə dəymiş ziyanın müəyyənləşdirilməsində ölkəmizin səlahiyyətli qurumları ilə əməkdaşlığın vacibliyi vurğulanıb.
















Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub











