Azərbaycan Respublikasının Baş Prokurorluğu Vətən müharibəsinin başa çatmasından ötən dövrdə işğaldan azad edilmiş ərazilərdə minaya düşərək həlak olan və xəsarət alan şəxslərin statistikasını açıqlayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 2020-ci il noyabrın 10-dan hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 7 hərbi qulluqçu və 29 mülki şəxs həlak olub. Bundan başqa, 109 hərbi qulluqçu və 44 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xatırladaq ki, dekabrın 9-da səhər saatlarında Şuşa rayonu ərazisində iki mülki şəxs – “Voltac” podratçı şirkətinin əməkdaşı 1999-cu il təvəllüdlü Orxan Xanatov və “Cengiz İnşaat” MMC-nin əməkdaşı 1992-ci il təvəllüdlü Vüsal Qəndiyev təmir-tikinti işləri apararkən minaya düşərək həlak olub. Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanıb.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










