Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, 2022-ci ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 12,4 milyard manat, xərcləri 10,4 milyard manat təşkil edib, büdcənin icrasında 1,9 milyard manatlıq və ya ümumi daxili məhsulun 6,4 faizi qədər profisit yaranıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, büdcə vəsaitlərinin 20,79 faizi təhsil və səhiyyənin, 18,21 faizi iqtisadi fəaliyyətin, 15,14 faizi müdafiə və milli təhlükəsizlik tədbirlərinin, 14,95 faizi ümumi dövlət xidmətlərinin, 13,46 faizi sosial müdafiə və sosial təminatın, 17,45 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib. Daxilolmaların 25,13 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 21,37 faizi əlavə dəyər vergisi, 4,34 faizi fiziki şəxslərin gəlir vergisi, 4,19 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 3,63 faizi aksizlər, 1,20 faizi sadələşdirilmiş vergi, 1,72 faizi vergilərin digər növləri, 38,43 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib. 2022-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirləri dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun daxilolmaları da nəzərə alınmaqla 10,6 milyard manat, xərcləri isə 8,1 milyard manat olub.