Beyrut şəhərinin qubernatoru Mərvan Abbud limanda baş verən partlayışın vurduğu zərəri 3-5 milyard dollar həcmində qiymətləndirib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə LBCI Nеws portalı məlumat yayıb.
“Partlayış nəticəsində Beyruta 3 milyard dollardan 5 milyard dollaradək, bəlkə də daha çox zərər dəyib. Yüzlərlə şəhər sakini evsiz qalıb”, – deyə Livan paytaxtının qubernatoru bildirib.
Qeyd edək ki, avqustun 4-də Beyrut şəhərinin liman zonasında bir neçə güclü partlayış baş verib. Partlayış dalğası şəhərdəki binaların yarısını zədələyib. Son məlumata görə, insident nəticəsində 100-dən çox insan həlak olub, 4 minə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb, bir çoxu itkin düşüb.
Livan hakimiyyətinin məlumatına görə, partlayışlara altı il öncə gömrük xidmətinin müsadirə etdiyi və limandakı anbarda saxlanılan 2 min 750 ton ammonium nitrat səbəb olub. Hökumət hadisə ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










