
Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan və 31 ildən sonra kimliyi müəyyən edilən Məmmədov Tərlan Fikrət oğlunun meyitinin qalıqları Yevlaxda dəfn olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, vida mərasimində Yevlax Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.
Cənazə namazından sonra Tərlan Məmmədov Yevlax şəhər Şəhidlər xiyabanında dəfn olunub. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil və gül dəstələri düzülüb. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.
Tabuta bükülmüş Azərbaycanın üçrəngli bayrağı şəhidin anası Rəfiqə Bayramovaya təqdim edilib.
1975-ci ildə Yevlaxın Aran qəsəbəsində anadan olan Tərlan Məmmədov Birinci Qarabağ müharibəsində Füzuli rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. 1994-cü il yanvar ayının 10-da Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində itkin düşmüşdü.
















Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb
“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər











