
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “İnstagram” hesabında 9 May – faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.
AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir:
“Əziz veteranlar!
Sizə ən xoş arzularımı və Faşizm üzərində Qələbə Günü münasibətilə səmimi təbriklərimi çatdırıram! Siz misilsiz igidlik, cəsarət, yenilməzlik və şücaət nümayiş etdirərək bizim dinc gələcəyimizi təmin etmisiniz. Biz sizin qəhrəmanlıq irsinizə sədaqətimizi daim qoruyub saxlayacağıq və onu nəsillərdən nəsillərə ötürəcəyik! Biz sizi çox sevirik, sizinlə fəxr edirik! Bu əlamətdar gündə hər birinizə möhkəm cansağlığı, ölkəmizə – sülh və əmin-amanlıq arzulayıram! Qələbə Gününüz mübarək!”.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










