
Qazaxıstan Respublikasında keçirilən “Birləşdik – 2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin iştirakçı ölkələrinin hərbi rəhbərliyi “Oymaşa” təlim poliqonuna gəlib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nümayəndələr əvvəlcə poliqonda təlim iştirakçıları üçün yaradılan şəraitlə tanış olublar. Xarici hərbi kontingentin yerləşdiyi yerlərə və yeməkxanaya baxış keçirilib.
Sonra Azərbaycan Ordusunun təlimə cəlb edilən hərbi qulluqçuları tranşey döyüşü nümayiş etdiriblər.
Azərbaycan, Qırğızıstan, Özbəkistan və Tacikistan nümayəndə heyəti komandanlığın idarəetmə məntəqəsinə gəlib.
Təlim iştirakçılarının hazırlıq prosesi ilə bağlı ətraflı məlumat verildikdən sonra təlimdə icra ediləcək fəaliyyətlər barədə xəritə üzərində və videokonfrans vasitəsilə məruzələr dinlənilib.
Sonda qonaqlar “Birləşdik – 2024” beynəlxalq təliminin taktiki epizodunu izləyiblər.
Məhdudgörmə şəraitində qanunsuz silahlı dəstələrin məhv edilməsi üzrə tapşırıqlar təlim iştirakçıları tərəfindən yüksək peşəkarlıqla icra edilib.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










