BMT Dağlıq Qarabağda gərginliyin artmasından narahatdır.
APA-nın BMT-nin xəbər mərkəzinə istinadən verdiyi məlumata görə, bunu BMT baş karibinin mətbuat katibi Stefan Dyujarrik keçirdiyi brifinqdə deyib.
O, tərəfləri istənilən hərbi əməliyyatlardan çəkinməyə, gələcəkdə gərginliyin azaldılması və zorakılığın qarşısının alınması istiqamətində addımlar atmağa çağırıb: “Baş katibin iyunun 22-də verdiyi bəyanatda da qeyd edildiyi kimi, biz təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsindən, o cümlədən təmas xəttində və Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulmasından narahatıq. Biz, həmsədrlərin Füzuli rayonunun Alxanlı kəndində dinc insanlar daxil olmaqla, itkilərə səbəb olan zorakılıq halı ilə bağlı bəyanatını dəstəkləyirik. Tezliklə danışıqlar masasına qayıtmaq həlli uzadılan və təhlükəli münaqişənin yeganə həll yoludur”.
http://www.apa.az/dagliq_qarabag/bmt-biz-dagliq-qarabagda-gerginliyin-artmasindan-narahatiq-3251.html

















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










