Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri,
Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaq istəyirəm.
Birləşmiş Millətlər Təşkilatının hər bir üzvü özünəməxsus mədəniyyətə və tarixə malikdir. Bu müxtəliflik bizim təşkilatımızı və dünyamızı zənginləşdirir. Ölkənizin müxtəlif beynəlxalq məsələlərlə bağlı Birləşmiş Millətlər Təşkilatının işində fəal iştirakı çox böyük əhəmiyyət daşıyır.
Bu il – BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri naminə Fəaliyyət Onilliyinin ilk ilində biz hamı üçün əlverişli qloballaşmaya nail olmaq məqsədilə öz kollektiv ambisiyamızı gücləndirməli və iqlim dəyişikliyi məsələsində qəti addımlar atmalıyıq.
Bütün bu səylərdə, bizim hər kəs üçün daha sülhməramlı, ədalətli və davamlı dünyamızda Azərbaycan Respublikasının töhfələrinə və dəstəyinə ümid edirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Antonio Quterreş
BMT-nin Baş katibi
















Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub











