Başlanğıc , yaxud mövzuya giriş
Bütün zamanların sevimli “Şərikli çörək” filmində bir kadr var-uşağın biri o birindən soruşur ki, faşist görmüsən? O, da cavab verir ki, hərdən lap çox düşünəndə elə bilirəm görmüşəm, amma belə yox, görməmişəm. Mən də hərdən lap çox düşünəndə elə bilirəm ki, bizi zaman-zaman soyqırıma məruz qoyan, qanımıza yerikləyən ermənini görmüşəm, amma belə görməmişəm, bəlkə də görmüşəm.
Bilirsiniz, niyə tərəddüd edirəm? Axı, hələ də anlaya bilmirəm-gördüyüm erməni bizə düşmən kəsilən, 110 ildir soyqırıma məruz qoyan həmin ermənidir, yoxsa … Yoxsa, erməni deyilən nəsnə cürbəcür olur?
Yeniyetmə idim, kəndimizdə yeni məktəb binası tikilirdi. Binanı inşa edən ustaların əksəriyyəti ermənilər idi. Onlardan ikisi həm də bizim həyət darvazamızın hasarını hörürdü. Yadımda deyil, o hasar neçə günə tikilib başa gəldi, yadımda qalan odur ki, həmin iki ustanın baxışlarının ucbatından evdən həyətə çıxa bilmirdim. Bütün gün televizora baxıram bəhanəsi ilə özümü ev dustağı eləmişdim. O vaxt valideynlərimə açıb deyə bilmirdim ki, bu adamların çox pis baxışları var. Adama elə qanlı-qanlı baxırdılar ki, açıqca gözlərindən oxunurdu-əlimə düşsən, səni tikə-tikə eləyərəm. Əslində, o baxışların o vaxt hansı məna kəsb elədiyini ayırd eliyə bilmədiyim üçün valideynlərimə də izah edə bilməyəcəyimdən çəkinirdim. Mənanı başa düşməsəm də baxışların xəncərindən çəkinib evə qapanmışdım.
Bir erməni də görmüşdüm, yox, onlar da iki nəfər idilər. Kəndimizə yük maşını dolu kartof satmağa gəlmişdilər. Axşam düşmüşdü, bizim də evimiz yol kənarında idi. Atam gördü ki, ikisi də yük maşının kuzasında kartofların üstündə büzüşüb oturublar. Əl eləyib çağırdı. Erməninin biri düşüb gəldi, atam darvazanı açıb dedi ki, maşını da salın həyətə, gəlin evdə gecələyin, səhər durub satarsınız kartofunuzu. Gəldilər, maşını da sürdülər həyətə, atam gördü ki, erməni maşını birbaşa sallama eyvana sürür, işarə elədi ki, həyətdə saxla, hara sürürsən? Erməni başını çıxardıb dedi ki, birdən yağış yağar kartoflar çürüyər, qoy, eyvanın altına sürüm. Atam da razılaşdı. O gecə ermənilər yeyib-içib azərbaycanlının məxsusi bəzəyib saxladığı qonaq otağında, bəmbəyaz mələfəli təzə yorğan-döşəkdə yatdılar. Səhərə qədər yataqda siqaret çəkib otağı da öz murdar nəfəsləri azmış kimi tüstü dumanına qərq etmişdilər. Tezdən dinib-danışmadan çaylarını içib, kuzovdan bir vedrə kartof yığıb eyvana qoyub maşınlarını sürüb kəndin ortasına kartof satmağa getdilər. Bu da onların bizə təşəkkür ifadəsi idi guya. Onlar gedəndən sonra vedrəni görən atam hələ deyindi də ki, qonaqdan haqq almazlar, yaxşı düşmədi , görməmişik, qoyub gediblər.
İndi anlayıram ki, biz dostca yanaşdığımız o vaxtlarda da onlar qəlblərində bizə düşmən kimi kin bəsləyirmişlər. O baxışlar da kindən qaynaqlanırmış. Evimizə dəvət edib, yer verməyimizə rəğmən yay gecəsində, yağış yağar – deyə maşını daha ehtibarlı yerə vermək, bir kəlmə danışmadan, səssiz-səmirsiz gecələyib, səhər çox sağ ol-əvəzinə bir vedrə kartof qoyub getmə jestinin özü də nifrət əlamətləridir. Biz anlamamışıq, amma uşaq xəyalımda iz qoyan bu hadisələrin mahiyyəti indi açılır mənim üçün.
İndi anlayıram-əslində erməni cürbəcür olmur. Erməni həmin ermənidir. I Pyotr zamanından bəri qanımıza yerikləyən erməni. Gizlin-aşkar məqsəd yalnız birdir-türkləri qırmaq. Kütləvi soyqımlarla kifayətlənməyib, fərdi beyinlərin kütləvi qırğınına da o, fərman verib, çünki bütün tarixi şəxsiyyətlərimizin faciələrinin arxasında onun əli olub-erməninin. Azərbaycanlıları zaman-zaman repressiyaların caynağına atan da erməni əli olub. Əslində repressiyalar da özlünüdə elə soyqırımdır.
Bütün bunlardan danışacayıq. Məruz qaldığımız soyqırımın gerçək tarixindən tutmuş bu günə qədər davam etməsi hücrədəki yazıların əsasını, mahiyyətini təşkil edəcək. Bu sadəcə mövzuya giriş idi.
Ardı var…