Dekabrın 5-6-da Slovakiyanın paytaxtı Bratislava şəhərində ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 26-cı iclası keçiriləcək.

AZƏRTAC xəbər verir ki, təşkilatda təmsil olunan 57 ölkədən 40-dan çox Xarici İşlər nazirinin iclasa qatılacağı gözlənilir. Toplantı Slovakiyanın quruma sədrliyi dövründə elan etdiyi “Əhali, dialoq və sabitlik naminə” devizi altında keçiriləcək.
ATƏT-ə üzv və tərəfdaş ölkələrdən olan nazirlər, yüksək səviyyəli dövlət və hökumət nümayəndələri Avropada və dünyanın digər regionlarında təhlükəsizliyə çağırışları və mövcud problemləri müzakirə edəcəklər.
Slovakiya Xarici İşlər Nazirliyindən bildirilib ki, bu iclas sədrlik dövründə qarşıya qoyulmuş hədəflərlə bağlı daha yaxşı əməkdaşlığa nail olmağa imkan yaradır. Bu hədəflər arasında münaqişələrin qarşısının alınması və nizamlanması, eləcə də onların əhaliyə təsirlərinin azaldılması, daha təhlükəsiz gələcəyin təmin olunması, eləcə də səmərəli multilateralizmin təşviq edilməsi yer alır.
Qeyd edək ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Nazirlər Şurasının iclasında iştirak etmək üçün Slovakiya paytaxtında səfərdədir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bratislava
















Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb










