
“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün səhər saat 09:00-dan 15:00-dək sərhəd-keçid məntəqəsi vasitəsilə ümumilikdə 60 nəfər Azərbaycan ərazisinə daxil olub.
Təxliyə olunanlar arasında 43 nəfər Hindistan, 6 nəfər Rusiya, 4 nəfər Kanada, 3 nəfər Tacikistan, 3 nəfər Azərbaycan və 1 nəfər Pakistan vətəndaşı var.
Təxliyə edilən şəxslər sərhəd-keçid məntəqəsində müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurlardan keçdikdən sonra təhlükəsiz şəkildə Azərbaycan ərazisinə buraxılıblar.
Müxbir – İlkin Adıyev
















Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb










