
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında iştirak edən ən yaşlı abituriyent 1966-ci il, ən gənci isə 2008-ci il təvəllüdlüdür.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında bildirilib.
Qeyd edək ki, Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunan imtahanda 35966 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 32164 nəfər Azərbaycan, 3802 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 20887 nəfəri oğlan, 15079 nəfəri isə qızdır.
I ixtisas qrupu üzrə 30058, IV ixtisas qrupu üzrə isə 5908 abituriyent imtahan verir.
















Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb










