
İlk dəfədir Şuşada oluram və bu şəhərin timsalında özüm üçün bir yenilik kəşf etdim. Şuşa tarixi şəhər olmaqla bərabər möcüzəli məkandır və ona heyran qalmamaq mümkün deyil.
AZƏRTAC xəbər verir ki, bunu iyulun 3-də Şuşada keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransında iştirak edən Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun baş məsləhətçisi Bulat Auelbaev jurnalistlərə müsahibəsində söyləyib.
O vurğulayıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ilə dünyaya nümunə göstərdi. Təkcə elə Şuşa əməliyyatı Azərbaycan Ordusunun gücünü dünyaya nümayiş etdirdi. Düşmən üzərində Qələbə Azərbaycan xalqının ruhunu özünə qaytardı, yenidən qol-qanad verdi. Gəncləriniz Vətənə çox bağlıdırlar.
Bulat Auelbaevin sözlərinə görə, Azərbaycan Zəfəri ilə türk dövlətlərini bir-birinə daha da yaxınlaşdırdı. Azərbaycan lokomotiv rolunda çıxış edir.
“Qazaxıstan bütün dövrlərdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Hazırda işğaldan azad edilmiş ərazilərdə yüksək sürətli bərpa və quruculuq işləri aparılır. Bu, bizi çox sevindirir”, – deyə qazaxıstanlı qonaq bildirib.
















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









