Mayın 17-19-da Bakı Ekspo Mərkəzində keçiriləcək sayca 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro”) və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgilərində (“InterFood Azerbaijan”) 31 ölkədən 479 şirkət iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Caspian Event Organisers” şirkətinin layihə rəhbəri Zarina Məmmədova “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinə həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, ümumilikdə sərgidə iştirakçılar arasında Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Fransa, İtaliya, Polşa, Slovakiya, Sloveniya, Belarus, Rusiya, İran, Türkiyə, Çin, Şri-Lanka, Tayland və ilk dəfə Tunisdən olan şirkətlər yer alacaq.
Sərginin bölmələrində konservləşdirilmiş məhsullarla yanaşı, quş və ət, süd məhsulları, soyutma sistemləri və digər məhsullar təqdim olunacaq.
















Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb
“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər











